Bütün xəbərlər
Sürüşmə nəticəsində iki nəfər xəstəxanaya yerləşdirilib
Tarix: 30-01-2026 09:30 | Bölmə: Digər

Orenburqda Montajnikov küçəsində baş verən sürüşmə nəticəsində iki nəfər xəsarət alıb.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə meri Albert Yumadilov özünün Telegram kanalında məlumat verib.
Hadisənin səbəbi dəqiqləşdirilməyib.Hazırda fövqəladə halın bütün halları araşdırılır.
Albert Yumadilov açıqlamasında bildirib ki, "Hadisə nəticəsində iki nəfər xəsarət alıb".
Onun sözlərinə görə, hər iki zərərçəkən xəstəxanaya yerləşdirilib.Onların xəsarətlərinin xarakteri və vəziyyətlərinin ağırlığı barədə məlumat verilməyib.



Baxış sayı: 29


Bölməyə aid digər xəbərlər