Bütün xəbərlər
"Napoli"nin heyətində Aleksey Mirançuk fərqlənib
Tarix: 30-03-2024 16:22 | Bölmə: Digər

Neapolda A Seriyasının 30-cu turunun matçında yerli “Napoli” və Berqamolu “Atalanta” üz-üzə gəlib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ilk hissənin ortalarında qonaqlar önə keçdi.
"Atalanta"nın yarımmüdafiəçisi Aleksey Mirançuk 26-cı dəqiqədə topu neapolluların qapısına göndərib. Bu qol rusiyalı futbolçu üçün İtaliyanın cari çempionatında üçüncü qol olub.
26-cı dəqiqədə Aleksey Mirançuk "Spartak"ın sabiq futbolçusu Mario Paşaliçin ötürməsindən sonra "Napoli"nin qapısına zərbə endirib. Hakim videotəkrarına baxdıqdan sonra qolu saydı.
İlk hissənin əvvəlində Mirançuk daha dəqiq oynasaydı, “Atalanta” 2:0 hesabı ilə önə keçə bilərdi. Amma Alekseyin zərbəsi dirəyə dəydi.


Baxış sayı: 48


Bölməyə aid digər xəbərlər