Bütün xəbərlər
"Sport.es": "Barselona" "Arsenal"ın futbolçusu Jorginyoya iddialıdır
Tarix: 28-03-2024 21:47 | Bölmə: Digər

İspaniyanın “Barselona” futbol klubu London “Arsenal”ının yarımmüdafiəçisi Jorginyoya əsas namizəddir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, italiyalı futbolçu bu yay azad agent olacaq.
"Sport.es", futbolçunun karyerasını davam etdirmək üçün oxşar variant haqqında məlumat verir. Mənbə iddia edir ki, kataloniyalılar Jorginyonun transferi məsələsində ən fəaldır.
Onlara yayda başqa klubdan alınmasına ehtiyac qalmayan yüksək səviyyəli futbolçu lazımdır. "Barselona" klubdakı mövcud maliyyə vəziyyətini nəzərə almağa və transferlərə böyük vəsait xərcləməkdən yayınmağa məcburdur.
Həmçinin qeyd olunur ki, kataloniyalılar artıq Jorginyonun nümayəndələri ilə əlaqə saxlayır. Bununla belə, onlar öz növbəsində qeyd edirlər ki, onların müştərisi hələ də “topçular”da oynamağa davam etməyə ümid edir.


Baxış sayı: 55


Bölməyə aid digər xəbərlər