Bütün xəbərlər
"Real Madrid"in futbolçusu Vinisius irqçiliklə bağlı sorğu-sual edildikdən sonra göz yaşlarına boğuldu
Tarix: 25-03-2024 22:35 | Bölmə: Digər

"Real Madrid" və Braziliya yığmasının hücumçusu Vinisius Junior mətbuat konfransı zamanı irqçiliklə bağlı bir neçə sualdan sonra göz yaşlarına boğuldu.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, əvvəllər Vinisius dəfələrlə digər komandaların azarkeşləri tərəfindən irqçi təhqirlərə məruz qalıb.
"Bunun baş verdiyinə görə çox təəssüflənirəm. Mən sadəcə futbol oynamaq, kluba, ailəmə kömək etmək və qaradərililərin əziyyət çəkməməsi üçün istəyirəm" -futbolçu deyib.
Xatırladaq ki, “Real Madrid” Vinisiusu 2018-ci ildə “Flamenqo”dan 35 milyon avroya almışdı. "Madrid" komandasının tərkibində braziliyalı bütün turnirlərdə 253 oyunda iştirak edib, 77 qol vurub və 72 məhsuldar ötürmə verib. Hücumçu Braziliya millisində də 27 oyun keçirib və 3 qol vurub.


Baxış sayı: 50


Bölməyə aid digər xəbərlər