Bütün xəbərlər
Zorlamada təqsirli bilinən Alves apellyasiya şikayətinə qədər sərbəst buraxılıb
Tarix: 25-03-2024 15:21 | Bölmə: Digər

Braziliyalı sabiq futbolçu Dani Alves azadlığa çıxıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bundan əvvəl Barselona məhkəməsi 40 yaşlı idmançının 1 milyon avro girov müqabilində müvəqqəti azadlığa buraxılmasına razılıq vermişdi.
"Marca" xəbər verir ki, Alves apelyasiya şikayətinə baxılana qədər azadlıqda qalacaq. Əvvəllər zorlamada təqsirli bilinən “Barselona”nın keçmiş futbolçusu 14 ay həbsdə olub.
Dani Braziliya və İspaniya pasportlarını təhvil verməli idi. O, həftədə bir dəfə milli məhkəməyə gəlməlidir. Alves artıq İspaniyadan qaçmayacağına söz verib.
Xatırladaq ki, sabiq futbolçu 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, 2023-cü il yanvarın əvvəlində polisə şikayət edən qadına təcavüz etməkdə təqsirli bilinib.


Baxış sayı: 48


Bölməyə aid digər xəbərlər