Bütün xəbərlər
Baumqartner futbol komandaları tarixində ən sürətli qolu vurub
Tarix: 24-03-2024 14:37 | Bölmə: Digər

Avstriyalı yarımmüdafiəçi Kristof Baumqartner 6-cı saniyədə Slovakiya ilə görüşdə topu qapıdan keçirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu, milli komandaların tarixində ən sürətli qoldur.
Martın 23-də Bratislavada keçirilən yoldaşlıq görüşü 2:0 hesabı ilə Avstriya yığmasının xeyrinə başa çatıb. Qonaqların ikinci qolu (82-ci dəqiqə) Andreas Veymann vurub.
Baumqartner Almaniya komandasının hücumçusu Lukas Podolskinin rekordunu qırıb. 29 may 2013-cü ildə "Ekvador" qapısını yeddinci saniyədə vurmağı bacardı. Almaniya yığması rəqibinə 4:2 hesabı ilə qalib gəlib.


Baxış sayı: 51


Bölməyə aid digər xəbərlər