Bütün xəbərlər
Matvey Safonov Paraqvay millisinə qarşı oynamayacaq
Tarix: 22-03-2024 14:55 | Bölmə: Digər

Qapıçı Matvey Safonov futbol üzrə Rusiya milli komandasını tərk edib. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "Krasnodar"ın qolkiperi Paraqvay yığmasına qarşı oynamayacaq.
Rusiya və Paraqvay yığmaları arasında oyun bazar ertəsi "Dinamo" stadionunda baş tutacaq. Görüş saat 20.00-da başlayır.
Ötən gün Rusiya komandası Serbiya yığmasına 4:0 hesabı ilə qalib gəlib. Rusiya qapısını Matvey Safonov qoruyub. "Matvey əla iş gördü. Biz ona təşəkkür etdik. Paraqvay yığması ilə oyunda digər qapıçıları sınamaq istəyirik", - baş məşqçi Vitali Kafanov TASS-a bildirib.
Matvey Safonov Krasnodara qayıtdı. Komandanın sərəncamında hələ də Aleksandr Maksimenko (“Spartak”), Andrey Lunev (“Qarabağ”) və Yuri Lodıqin (“Panatinaikos”) var.


Baxış sayı: 47


Bölməyə aid digər xəbərlər