Bütün xəbərlər
"Yuventus" "Lokomotiv"in müdafiəçisi ilə maraqlanır
Tarix: 20-03-2024 13:37 | Bölmə: Digər

"Lokomotiv"in müdafiəçisi Mario Mitai karyerasını A seriyasında davam etdirə bilər. 20 yaşlı albanla İtaliyanın ən titullu klubu "Yuventus" maraqlanır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Mario Mitai 2022-ci ilin fevralında Yunanıstan AEK-dən "Lokomotiv"ə gəlib. Mitainin dəmiryolçularla 2027-ci ilin yayına qədər müqaviləsi var.
Cümə günü Albaniya və Çili milli komandaları yoldaşlıq oyunu keçirəcək. RİA Novosti-nin məlumatına görə, “Yuventus”un nümayəndələri potensial yeni oyunçunu nəzərdən keçirmək üçün oyunda iştirak edəcəklər.
Bu mövsüm Mario Mitai "Lokomotiv"in heyətində 19 matçda forma geyinib və heç bir effektli gediş etməyib. Futbolçunun Albaniya millisi ilə 10 oyunu var.


Baxış sayı: 52


Bölməyə aid digər xəbərlər