Bütün xəbərlər
Arsen Zaxaryan Rusiya millisinin olduğu yerə gəlib
Tarix: 17-03-2024 14:33 | Bölmə: Digər

İspaniyanın "Real Sosyedad" klubunun yarımmüdafiəçisi Arsen Zaxaryan Moskva yaxınlığındakı Novoqorskda təlim-məşq toplanışı keçirən Rusiya millisinə qoşulub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, cümə günü Zaxaryan öz qolu ilə "Sosyedad"ın Kadisi məğlub etməsinə kömək etdi. Arsen 68-ci dəqiqədə hesabı 2:0 edib.
"Oktyabr ayından Moskvada olmamışam. Sizin üçün çox darıxmışam" deyən futbolçu təəssüratlarını bölüşüb: "İspan klubu üçün ilk qol? Qol vurduğum üçün şadam. Buna görə də bura yaxşı əhval-ruhiyyədə gəldim".
Xatırladaq ki, Rusiya yığması martın 21-də Serbiya, martın 25-də isə Paraqvayla qarşılaşacaq. Hər iki qarşılaşma Moskvanın Lev Yaşin adına "Dinamo" stadionunun meydançasında baş tutacaq və Beynəlxalq Futbol Federasiyasının (FİFA) reytinq cədvəlində nəzərə alınacaq.


Baxış sayı: 53


Bölməyə aid digər xəbərlər