Bütün xəbərlər
BOK rusiyalıların Olimpiadaya buraxılması üçün eyni meyarları tərk edəcək
Tarix: 15-03-2024 20:15 | Bölmə: Digər

Beynəlxalq Olimpiya Komitəsi Rusiya və Belarus idmançılarının 2024-cü il Yay Olimpiya Oyunlarına buraxılması üçün kriteriyaları dəyişməyəcək. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, əvvəllər qəbul edilmiş tələblər qüvvədə qalacaq.
"Bütün prinsiplər 2023-cü il dekabrın 8-də tərtib edilib və dərc edilib", - RİA Novosti agentliyi komitənin bəyanatına istinadən yazır: "Onlar dəyişdirilməyəcək. Bu prinsiplərin həyata keçirilməsi ilə bağlı BOK İcraiyyə Komitəsi gələn həftə öz iclasında müvafiq qərarlar qəbul edəcək”.
Beləliklə, Rusiya və Belarus idmançıları Paris Oyunlarında yalnız neytral statusda və fərdi idman növləri üzrə mübarizə apara biləcəklər.
Həmçinin Rusiya Olimpiya Komitəsinin prezidenti Stanislav Pozdnyakov qeyd edib ki, BOK həmçinin SVO-nun pislənməsini və əlavə sənədlərin imzalanmasını tələb edəcək.


Baxış sayı: 47


Bölməyə aid digər xəbərlər