Bütün xəbərlər
Messi əzələ gərginliyinə görə növbəti matçı buraxacaq
Tarix: 14-03-2024 14:22 | Bölmə: Digər

MLS klubu "İnter Mayami" növbəti matçda lideri Lionel Messisiz qalmalı olacaq.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, 36 yaşlı argentinalıya sağ ayağında əzələ gərginliyi diaqnozu qoyulub.
Lionel Messi bu mövsüm "İnter Mayami"nin heyətində 5 rəsmi oyunda iştirak edib. Forvardın aktivində 5 qol və 2 məhsuldar ötürmə var.
Ötən gün “İnter Mayami” KONKAKAF Çempionlar Kubokunun 1/8 finalında “Naşvil”i 3:1 hesabı ilə məğlub edərək turnirin 1/4 finalına yüksəlib. Messinin bir qolu və bir asisti var. “İnter Mayami”nin digər ulduzu Luis Suares də özü qol vurdu və komanda yoldaşlarına qol vurmağa kömək etdi.
Amma oyundan sonra Messi ayağında ağrı hiss edib. "Lionelin əzələ gərginliyi var. Buna görə də onun sağalmasına icazə vermək qərara alındı. O, şənbə günü "D.C. Yunayted"ə qarşı oynamayacaq", - "İnter Mayami"nin baş məşqçisi Gerardo Martino "Çempionat.com"-a istinadən bildirib.


Baxış sayı: 56


Bölməyə aid digər xəbərlər