Bütün xəbərlər
Sarri "Latsio"nun baş məşqçi postunu tərk etməyə hazırdır
Tarix: 12-03-2024 22:53 | Bölmə: Digər

Roman “Latsio”nun çalışdırıcısı Mauritsio Sarri baş məşqçi postunu tərk etmək niyyətində olduğunu klub rəhbərliyinə bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, buna səbəb Lazialenin Çempionlar Liqası və A Seriyasındakı uğursuzluqları ola bilər.
Daha əvvəl xəbər verildiyi kimi, Avropanın əsas turnirində “Bavariya” üzərində evdə qələbə qazanan (1:0) “Latsio” Münhendəki cavab oyununda məğlub olub – 0:3. Ölkə çempionatında romalılar “Udineze”dən növbəti məğlubiyyətdən sonra (1:2) növbəti mövsüm üçün avrokubok zonasına düşərək, cəmi 9-cu yeri tuturlar.
İndi isə bir sıra insayderlər, o cümlədən məşhur idman jurnalisti Fabrizio Romano, çərşənbə axşamı, martın 12-də Sarrinin istefa qərarı barədə "Latsio" rəhbərliyini məlumatlandırdığını bildirib.
Roma komandası təkcə "Bavariya" və "Udineze"yə uduzmayıb - Sarrinin rəhbərliyi altında "Latsio" son görüşlərində ardıcıl dörd məğlubiyyət seriyasındadır.


Baxış sayı: 53


Bölməyə aid digər xəbərlər