Bütün xəbərlər
Futbol üzrə Rusiya millisi iyunda Belarus komandası ilə qarşılaşacaq
Tarix: 11-03-2024 14:31 | Bölmə: Digər

Rusiyalı futbolçular iyunda Belarus millisi ilə qarşılaşacaqlar.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqının prezidenti Aleksandr Dyukov məlumat verib.
"Biz Belarus millisi ilə oyun keçirməyə razılaşdıq. Qarşılaşma iyunda Minskdə planlaşdırılır", - "Sport Express" Dyukovdan sitat gətirir.
O, millinin baş məşqçisi Valeri Karpinlə yeni anlaşmanın nə vaxt müzakirə olunacağını da bildirib. "Biz bunu may-iyun aylarında edəcəyik. Gəlin əvvəlcə təlim-məşq toplanışları və matçlar keçirək"- RFU rəhbəri deyib.
Xatırladaq ki, Rusiya yığması martın 21-də Serbiya komandası ilə qarşılaşacaq. Martın 25-də ruslar paraqvaylılarla görüşəcək. Hər iki qarşılaşma Moskvada baş tutacaq.


Baxış sayı: 52


Bölməyə aid digər xəbərlər