Bütün xəbərlər
Çerçesov "Spartak"ın baş məşqçisi postunda Abaskalı əvəz edə bilər
Tarix: 11-03-2024 13:36 | Bölmə: Digər

"Spartak" komandanın baş məşqçisi Gilyermo Abaskalı istefaya göndərməyi planlaşdırır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ispaniyalının yerinə əsas namizəd Stanislav Çerçesovdur.
İnsayder İvan Karpovun sözlərinə görə, qırmızı-ağların rəhbərliyi Abaskalla ayrılmaq qərarına gəlib. Martın 11-də paytaxt klubunun direktorlar şurasının sədri Aleksandr Matıtsın Rusiya millisinin keçmiş məşqçisi ilə görüşəcək.
Daha əvvəl ispan mütəxəssisin mövsüm başa çatdıqdan sonra "Krasnodar"a rəhbərlik edən Vladimir İviçlə əvəz oluna biləcəyi bildirilirdi.
Xatırladaq ki, “qırmızı-ağlar” martın 10-da evdə “Fakel Voronej”ə 0:2 hesabı ilə uduzmuşdu.
“Spartak” 20 turdan sonra RPL turnir cədvəlində altıncı pillədə qərarlaşıb. Moskvalıların 31 xalı var.


Baxış sayı: 51


Bölməyə aid digər xəbərlər