Bütün xəbərlər
"Atletiko" İspaniya çempionatının autsayderinə uduzub
Tarix: 09-03-2024 22:50 | Bölmə: Digər

"Atletiko Madrid" futbol üzrə İspaniya çempionatının 28-ci turunda səfərdə "Kadis"ə uduzub - 0:2.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Juanmi 24 və 64-cü dəqiqələrdə fərqlənərək qaliblərin heyətində dubla imza atıb.
"Atletiko" La Liqanın son beş oyununda iki məğlubiyyət alıb və turnir cədvəlində 55 xalla dördüncü, "Kadis" isə 22 xalla 18-ci yerdədir.
İspaniya çempionatının növbəti turunda Dieqo Simeonenin komandası martın 17-də “Barselona”nı, “sarı-göylər” isə iki gün əvvəl səfərdə “Real Sosyedad”la qarşılaşacaq.


Baxış sayı: 52


Bölməyə aid digər xəbərlər