Bütün xəbərlər
Kafenin yaxınlığında atışma ilə kütləvi dava olub
Tarix: 09-03-2024 17:52 | Bölmə: Digər

Lyubertsıda beş nəfərin yaralandığı, atışma ilə müşayiət olunan kütləvi davadan sonra xuliqanlıq maddəsi ilə cinayət işi açılıb, bu barədə Daxili İşlər Nazirliyinin Moskva vilayəti üzrə idarəsi məlumat yayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Komsomolski prospektində yerləşən “Epoch” kafesində ilk qarşıdurma martın 8-də axşam baş verib, lakin o, sülh sazişi ilə yekunlaşıb. Şənbə günü səhər iki dəstə bu dəfə qapalı müəssisənin girişində yenidən toqquşub və travmatik tapançalardan istifadə edilib.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, hücum edənlər əleyhdarlarına atəş açıb və dərhal avtomobillə hadisə yerindən qaçıblar. Onların izinə düşmək hələ ki mümkün olmayıb.
Beş nəfər xəstəxanaya çatdırılıb, onların hamısı müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı xuliqanlıq maddəsi ilə cinayət işi açılıb.


Baxış sayı: 59


Bölməyə aid digər xəbərlər