Bütün xəbərlər
Abramoviç İspaniyanın "Valensiya" klubunu almağı planlaşdırır
Tarix: 09-03-2024 12:23 | Bölmə: Digər

Londonun "Çelsi"sinin keçmiş sahibi Roman Abramoviç İspaniya klubunu ala bilər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, rusiyalı milyarder "Valensiya"nı almaqda maraqlıdır.
"Diario AS" xəbər verir ki, “yarasalar”ın pərəstişkarları Abramoviçin gəlişinə sevinəcəklər. Azarkeşlər ümid edirlər ki, yeni sahibin gəlişi ilə klubun biznesi yaxşılaşacaq.
Bu mövsüm “Valensiya” 26 görüşdən sonra 37 xal toplayaraq İspaniya çempionatının turnir cədvəlində 9-cu pillədə qərarlaşıb.
Xatırladaq ki, Abramoviç 19 il “Çelsi”nin sahibi olub. Onun rəhbərliyi altında İngiltərə yığması iki dəfə Çempionlar Liqasının, beş dəfə isə ölkə çempionatının qalibi olub.


Baxış sayı: 50


Bölməyə aid digər xəbərlər