12:59 / 13-05-2024
Ayının qurbanı olub
Bütün xəbərlər
Mikel Arteta fevral ayında İngiltərə çempionatının ən yaxşı meneceridir
Tarix: 08-03-2024 18:29 | Bölmə: Digər

Londonun “Arsenal” futbol klubunun baş məşqçisi Mikel Arteta fevralda İngiltərə Premyer Liqasının ən yaxşı məşqçisi seçilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, 41 yaşlı ispaniyalının komandası ötən ay 4 oyunda 4 qələbə qazanıb.
Fevralda “topçular” ardıcıl olaraq “Liverpul” (3:1), “Vest Hem” (6:0), “Bernli” (5:0) və “Nyukasl Yunayted”i (4:1) məğlub ediblər.
Mükafat uğrunda mübarizədə Arteta Pep Qvardiola (Mançester Siti) və Erik ten Haq (Mançester Yunayted) üstələyib.
Premyer Liqanın 27 turundan sonra "Arsenal" 61 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb, "Mançester Siti"dən 1 xal, lider "Liverpul"dan isə 2 xal geri qalır.
“Mançester Yunayted”in hücumçusu Rasmus Hoylund ötən ayın ən yaxşı oyunçusu seçilib.


Baxış sayı: 58


Bölməyə aid digər xəbərlər