Bütün xəbərlər
Suares Messinin qonşusu oldu
Tarix: 07-03-2024 21:38 | Bölmə: Digər

"İnter Mayami"nin yeni oyunçusu Luis Suares Floridada ev alıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, uruqvaylı Fort Lauderdale'nin qapalı bir bölgəsində məskunlaşdı.
Hücumçu Luis Suares "İnter Mayami"nin əsas ulduzu Lionel Messinin yanına yerləşib. İki Cənubi Amerikalı Barselonada oynadıqları vaxtdan bir-birlərini yaxşı tanıyırlar.
Suares 1980-ci ildə tikilmiş malikanədə məskunlaşıb. Sahəsi 600 kvadratmetr olan evdə 8 yataq otağı və eyni sayda hamam var. RİA Novosti xəbər verir ki, bina dörddə bir hektarlıq torpaq sahəsinə bitişikdir.
Uruqvaylı ev üçün 11,5 milyon dollar ödəyib. Messi evini bir qədər az qiymətə - 10,8 milyona alıb.



Baxış sayı: 162


Bölməyə aid digər xəbərlər