Bütün xəbərlər
Xəstəxanada bir nəfər bir neçə nəfəri girov götürüb
Tarix: 04-03-2024 22:11 | Bölmə: Digər

Almaniyanın Axen şəhərindəki xəstəxanada silahlı şəxs bir neçə nəfəri girov götürüb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə polisə istinadən "Bild" məlumat yayıb.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları şəhərin cənub-qərbində yerləşən xəstəxananı mühasirəyə alıblar. Təcavüzkarın konkret kimi təhdid etdiyi və tələblərinin olub-olmadığı hələlik açıqlanmayıb.
Hazırda polis mümkün girovların azad edilməsi planı üzərində işləyir.


Baxış sayı: 54


Bölməyə aid digər xəbərlər