Bütün xəbərlər
Üç yaşlı uşaqla nənəsini qatar vurub
Tarix: 02-03-2024 11:43 | Bölmə: Digər

Buryatiyada Kabanski rayonunda yük qatarının nənəni və onun kiçik nəvəsini vurmasından sonra ehtiyatsızlıqdan ölümə səbəb olan cinayət işi açılıb, Şərqi Sibir Nəqliyyat Prokurorluğu bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Fövqəladə hadisə martın 2-də səhər tezdən eyniadlı stansiyanın yerləşdiyi Tanxoy kəndi yaxınlığında baş verib. Yaşlı qadın üç yaşlı nəvəsi ilə dəmir yolu relslərini keçərkən qatarın yaxınlaşmasına fikir verməyib.
Oğlan yerindəcə ölüb, ilkin məlumata görə, qadın sağ qalıb, vəziyyəti barədə məlumat verilmir.



Baxış sayı: 51


Bölməyə aid digər xəbərlər