22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Noyer və De Xea Cristiano Ronaldo ilə komanda yoldaşı olmaq istəmirdilər
Tarix: 25-02-2024 10:58 | Bölmə: Digər

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun yeni qapıçı ilə müqavilə imzalamaq cəhdi uğursuzluqla nəticələnib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, həm alman Manuel Noyer, həm də ispaniyalı David De Xea imtina etdi.
Portuqaliyalı hücumçu Kriştianu Ronaldonun çıxış etdiyi “Əl-Nəsr” son müdafiə xəttini gücləndirmək üçün 30 milyon avro xərcləməyə hazırdı. Amma Ər-Riyad klubunun əsas qapıçısı kolumbiyalı David Ospinna olaraq qalacaq.
"Sport24.az" xəbər verir ki, Manuel Noyer "Bavariya"dan ayrılmaq istəməyib. Hazırda işsiz olan David De Xea ilə də müqavilə bağlaya bilmədilər. Səudiyyəlilər yeni qapıçıya ildə 30 milyon avro ödəməyə hazır olsalar da, De Xea bundan imtina edib.
Hazırkı Səudiyyə Ərəbistanı çempionatında “Əl-Nəsr” ikinci yerdədir və lider “Əl-Hilal”dan 5 xal geri qalır. Kriştianu Ronaldonun klubu Asiya Çempionlar Liqasında 1/4 finala yüksəlib.


Baxış sayı: 72


Bölməyə aid digər xəbərlər