22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
İngiltərə çempionatında "Mançester Yunayted" öz meydanında "Fulhem"ə uduzub
Tarix: 24-02-2024 21:25 | Bölmə: Digər

"Mançester Yunayted" İngiltərə Premyer Liqasının 26-cı turunda doğma meydanda "Old Trafford"da London "Fulhem"inə uduzub - 1:2.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Matçın qalibləri 65 və 97-ci dəqiqələrdə fərqlənən Kalvin Bassi və Aleks İvobinin qollarına imza atıb. "Qırmızı şeytanlar"ın heyətində 89-cu dəqiqədə topu rəqib qapısına göndərən Harri Maquayr bir dəfə fərqlənib.
“Mançester Yunayted” İngiltərə çempionatında dörd oyunluq qələbə seriyasına son qoyub və 44 xalla turnir cədvəlində altıncı, “Fulhem” isə 32 xalla 12-ci yerdədir.
Paralel oyun günündə keçirilən qarşılaşmada Aston Villa "Nottingem Forest"i (4:2), "Kristal Pelas" "Bernli"ni məğlub etdi (3:0), "Brighton" isə "Everton"la xalları bölüşdü (1:1).



Baxış sayı: 74


Bölməyə aid digər xəbərlər