Bütün xəbərlər
İspaniya liqasının oyunları bir dəqiqəlik sükutla başlayacaq
Tarix: 23-02-2024 16:40 | Bölmə: Digər

Futbol üzrə İspaniya çempionatının 26-cı turunun oyunları Valensiyada baş verən yanğında həlak olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayacaq.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə La Liqa məlumat yayıb. Bundan əlavə, fevralın 24-nə planlaşdırılan "Qranada" - "Valensiya" və "Levante" - "Andorra" matçı qeyri-müəyyən vaxta təxirə salınıb.
Valensiyada 3 günlük matəm elan edilib. Bundan əvvəl şəhərin çoxmərtəbəli binalarından birində yanğın baş verib, nəticədə 4 nəfər ölüb. Daha onlarla insanın taleyi naməlum olaraq qalır.



Baxış sayı: 180


Bölməyə aid digər xəbərlər