Bütün xəbərlər
Ukraynalı Mudrik davranış problemlərinə görə "Çelsi"ni tərk edə bilər
Tarix: 20-02-2024 12:33 | Bölmə: Digər

"Çelsi"nin ukraynalı yarımmüdafiəçisi Mixail Mudrik mövsümün sonunda London klubunu tərk etmək riski ilə üzləşir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, futbolçu həm performansı, həm də şəxsi keyfiyyətləri ilə məyus edir.
Bu barədə "Give me Sport" portalı məlumat yayıb. Mənbənin sözlərinə görə, "mavilər" ukraynalının komanda həyatındakı davranışından məyusdur. Bu, onun komandadakı qeyri-sabit çıxışları ilə əlaqələndirilir, nəticədə rəhbərlik artıq onunla işi bitirmək variantını nəzərdən keçirir.
Xatırladaq ki, Mudrik ötən yay "Çelsi"yə 70 milyon avroya keçib. İngiltərə Premyer Liqasında debüt mövsümündə yarımmüdafiəçi 25 matçda iştirak edib, dörd qol vurub və üç məhsuldar ötürmə edib.



Baxış sayı: 165


Bölməyə aid digər xəbərlər