Bütün xəbərlər
"İnter" A seriyasında sonuncu komandasını darmadağın edib
Tarix: 17-02-2024 12:04 | Bölmə: Digər

İtaliya çempionatında "İnter"in futbolçuları böyük hesablı qələbə qazanıb. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bir gün əvvəl “neradzurri” 20-ci turun “Salernitana” ilə oyununu keçirib və rəqib qapısına dörd cavabsız qol göndərib.
Milanın "San Siro" stadionunda keçirilən görüş 4:0 hesabı ilə başa çatıb. Qolları Marcus Thuram, Lautaro Martinez, Denzel Dumfries və Marko Arnautovic vurub.
Beləliklə, “İnter” 63 xal toplayıb və A Seriyasının turnir cədvəlinin ilk pilləsini saxlamağa davam edir. “Salernitana” 13 xalla qalıb və sonuncu, 20-ci yerdədir.



Baxış sayı: 181


Bölməyə aid digər xəbərlər