Bütün xəbərlər
Futbolçu Dmitri Tarasov beşinci dəfə ata olub
Tarix: 16-02-2024 14:12 | Bölmə: Digər

Futbol üzrə Rusiya millisinin sabiq yarımmüdafiəçisi Dmitri Tarasov həyat yoldaşı Anastasiya Kostenkonun yenidən ana olduğunu deyib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Tarasov sosial şəbəkələrdə "+1 Tarasov. Xoş gəldin, balam" yazıb.
Bu, Dmitri və Anastasiya üçün artıq dördüncü uşaqdır. Cütlüyün artıq bir oğlu və Milana və Eva adlı qızları var. Bundan əlavə, Tarasovun ilk evliliyindən bir qızı var.
Xatırladaq ki, Tarasov klub səviyyəsində “Spartak”, “Tom”, “Moskva”, “Rubin” və “Lokomotiv”də çıxış edib. O, Rusiya çempionatlarında 242 oyun keçirib, 15 qol vurub, 13 məhsuldar ötürmə edib. Yarımmüdafiəçinin Rusiya millisində də səkkiz oyunu və bir qolu var.


Baxış sayı: 62


Bölməyə aid digər xəbərlər