Bütün xəbərlər
"Super Boul" paradı iki uşaq anasının öldürülməsi ilə başa çatıb
Tarix: 15-02-2024 12:57 | Bölmə: Digər

Superkubokun qalibi olan Kansas City Chiefs komandasının çempionat paradı zamanı naməlum şəxslər insanlara atəş açıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hadisə paradın bitməli olduğu Union Station yaxınlığında baş verib.
Tədbirdə təhlükəsizliyə 800-ə yaxın polis məsul idi, lakin bu, üç naməlum şəxsin odlu silah çıxarıb camaata atəş açmasına mane olmadı.
Cinayətkarlar azı 8-i uşaq olmaqla 30-a yaxın insanı yaralayıb. İki uşaq anasının hadisə yerində güllələndiyi bildirilir.


Baxış sayı: 61


Bölməyə aid digər xəbərlər