Bütün xəbərlər
Ostapenko Dohadakı matçdan sonra Azarenkanın əlini sıxmaqdan imtina edib
Tarix: 15-02-2024 11:27 | Bölmə: Digər

Latviya tennisçisi Yelena Ostapenko Dohada keçirilən turnirin 1/8 final mərhələsindən sonra rəqibi belaruslu Viktoriya Azarenka ilə əl sıxmaqdan imtina edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Qətərdə keçirilən görüş belaruslu idmançının 6:0, 6:3 hesablı qələbəsi ilə başa çatıb. Oyundan dərhal sonra tennisçilər ənənəvi əl sıxma üçün tora yaxınlaşdılar.
Lakin Ostapenko rəqibinə əl əvəzinə raketka uzatdı. Belaruslu tennisçi bu jestinə cavab verməkdən imtina edib.
Azarenka 1/8 finalda rusiyalı Yekaterina Aleksandrovaya qalib gələn dünyanın birinci raketkası polşalı İqa Sviateklə qarşılaşacağı turnirin 1/4 finalına yüksəlib.


Baxış sayı: 59


Bölməyə aid digər xəbərlər