Bütün xəbərlər
Pakistanlı tennisçi infarktdan dünyasını dəyişib
Tarix: 14-02-2024 23:17 | Bölmə: Digər

İslamabadda keçirilən Beynəlxalq Tennis Federasiyasının (ITF) turnirində yerli 17 yaşlı idmançı Zeynəb Əli Nəqvi ilə faciə baş verib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, qız infarktdan dünyasını dəyişib.
Tennisçi ITF turnirinin birinci dövrəsinin açılış oyunundan əvvəl ev kortunda məşq edib və oradan otel otağına keçib. Orada axşam saatlarında həyat əlaməti olmadan tapıldı.
Pakistan Tennis Federasiyasının yarış təşkilatçıları 17 yaşlı tennisçinin ölümünün səbəbinin infarkt olduğunu bildiriblər.
Hüquq-mühafizə orqanlarının əməkdaşları isə işi zorakılıq əlamətlərinə görə yoxlayırlar. Bu arada milli tennis federasiyası onun oynayacağı korta Əli Nəqvinin adını vermək niyyətində olduğunu bildirib.


Baxış sayı: 64


Bölməyə aid digər xəbərlər