Bütün xəbərlər
Futbol meydançadan müvəqqəti uzaqlaşdırılmaq üçün mavi vərəqələr təqdim edəcək
Tarix: 08-02-2024 20:01 | Bölmə: Digər

Futbol qaydalarına nəzarət edən Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) yeni mavi vərəqələri tətbiq etmək niyyətindədir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, mavi vərəqə alan oyunçu 10 dəqiqə meydandan kənarlaşdırılacaq. “The Telegraph” yazır ki, yeni qaydanın sınaqları qadın və gənclər futbolunda, eləcə də Avropa çempionatlarının aşağı divizionlarında keçiriləcək.
Qeyd olunur ki, kobud taktiki qayda pozuntularına və hakimlə mübahisələrə görə mavi vərəqə veriləcək. İki mavi vərəqə, eləcə də mavi və sarı vərəqənin kombinasiyası bir qırmızı vərəqə bərabər olacaq.



Baxış sayı: 156


Bölməyə aid digər xəbərlər