Bütün xəbərlər
Boliviya millisinin keçmiş futbolçusu futbol matçı zamanı güllələnib
Tarix: 02-02-2024 13:04 | Bölmə: Digər

Boliviya millisinin keçmiş futbolçusu Serxio Jauregui matç zamanı öldürülüb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hadisə futbolçunun yoldaşlıq oyununda iştirak etdiyi Meksikada baş verib.
Bu barədə “Proceso” məlumat yayıb. Mənbədən verilən məlumata görə, 38 yaşlı idmançı “Atletiko San Luis Rey” klubunun oyunu zamanı naməlum şəxs tərəfindən hücuma məruz qalıb. Epizodların birində Jauregui su içmək üçün kənara çıxdı və bu zaman naməlum şəxs onun yanına qaçaraq altı dəfə atəş açıb.
Futbolçu yerindəcə keçinib, qatil hadisə yerindən qaçıb.
Jauregui peşəkar karyerasını bitirdikdən sonra 2012-ci ildən həvəskar səviyyədə yarışır. O, Boliviya millisinin üzvü olub, burada 13 oyun keçirib.



Baxış sayı: 172


Bölməyə aid digər xəbərlər