Bütün xəbərlər
Kristian Noboa Rusiya pasportunun alınması prosesini dayandırıb
Tarix: 01-02-2024 19:35 | Bölmə: Digər


"Soçi"nin sabiq kapitanı Kristian Noboa Rusiya klubundan ayrılaraq vətəni Ekvadora qayıdıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, yarımmüdafiəçi karyerasını “Emelek” klubunda davam etdirəcək.
Bundan əvvəl Kristian Noboa Rusiya vətəndaşlığı üçün müraciət etmişdi. Amma 38 yaşlı futbolçunun Rusiya vətəndaşı olmağa vaxtı olmayıb.
Rusiya pasportunu nə vaxt alacağımı hələ bilmirəm. Proseduru başa çatdırmaq üçün Rusiyada yaşamaq və sənədləri doldurmaq lazımdır. Amma mən getdim, ona görə də proses dayandırılıb”, - "Sportbox.ru" Kristian Noboadan sitat gətirir.
Kristian Noboa 2007-ci ildən Rusiyada qısa fasilə ilə çıxış edir. Ekvadorlu "Rubin", "Dinamo", "Rostov", "Zenit" və "Soçi"də çıxış edib. Kristian üç dəfə Rusiya çempionu olub.



Baxış sayı: 166


Bölməyə aid digər xəbərlər