Bütün xəbərlər
Premyer Liqada "Liverpul" doğma meydanda "Çelsi"ni məğlub edib
Tarix: 01-02-2024 11:14 | Bölmə: Digər

İngiltərə Premyer Liqasının 22-ci turunda "Liverpul" futbolçuları böyük oyunda "Çelsi"yə qalib gəlib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Liverpulun “Enfild” stadionunda baş tutan görüş üç top fərqi ilə yekunlaşıb.
Mersisaydlılar Dioqo Jota, Konor Bredli, Dominik Szoboşlay və Luis Diazın qolları nəticəsində qalib gəliblər. London komandası da öz növbəsində yalnız Kristofer Nkuqkudan fərqlənib.
Yekun hesab 4:1 Liverpulun xeyrinədir.
Beləliklə, 22 turdan sonra aktivində 51 xal olan "Liverpul" Premyer Liqa turnir cədvəlində üstünlüyünü gücləndirib. "Çelsi" 31 xalla onuncu pillədə qalıb.



Baxış sayı: 158


Bölməyə aid digər xəbərlər