Bütün xəbərlər
Moskvanın cənub-qərbində idmançı yeniyetməni vəhşicəsinə döyüb
Tarix: 31-01-2024 14:39 | Bölmə: Digər

Paytaxt prokurorluğu Moskvanın cənub-qərbində 38 yaşlı kişinin hücumuna məruz qalan 17 yaşlı yeniyetmənin ağır xəsarətlərlə xəstəxanaya yerləşdirildiyini bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, İstintaq Komitəsinin şəhər şöbəsindən verilən məlumata görə, hadisə yanvarın 28-də Domostroitelnaya küçəsində baş verib. Ciu-citsu ilə məşğul olan Serik İ. müşahidə kamerasındakı qeydlərdən də göründüyü kimi, gənc rəqibini bir zərbə ilə yerə yıxıb, daha sonra isə onun başına bir neçə zərbə endirib. Yeniyetmənin dostu qançır və sıyrıqlarla xilas olub.
Kişinin hücumundan əvvəl nə olduğu açıqlanmır. Şübhəli şəxs saxlanılıb və ona qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə ittiham elan edilib. Hələlik Serik barəsində qabaqlayıcı tədbir seçilməyib.



Baxış sayı: 166


Bölməyə aid digər xəbərlər