Bütün xəbərlər
Avtobusla qoşqunun toqquşması nəticəsində 20 nəfər ölüb
Tarix: 30-01-2024 22:02 | Bölmə: Digər

Meksikanın Sinaloa əyalətində Mazatlan-Kulyakan-Maxipista magistralında qoşqu ilə sərnişin avtobusunun toqquşması nəticəsində azı 20 nəfər ölüb, 22 nəfər yaralanıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hadisə çərşənbə axşamı səhər saatlarında Elote bələdiyyəsi yaxınlığında baş verib, ilkin məlumata görə, qoşqu ikimərtəbəli sərnişin avtobusu ilə toqquşub, nəticədə hər iki avtomobil yanıb.
Ölənlərin hamısının yerli sakinlər olduğu bildirilir. Mülki Müdafiə Xidməti qeyd edir ki, itkilərin hesablanması hələ başa çatmayıb və hadisə yerində işlər davam etdirilir.



Baxış sayı: 169


Bölməyə aid digər xəbərlər