Cümə axşamı, 8 may 2025, 13:54:42  
Son xəbərlər:
Bütün xəbərlər
Aslan heykəllləri bərpaya göndərildi
Tarix: 28-01-2024 18:45 | Bölmə: Digər

Sankt-Peterburqun admirallıq sahilindən şəhərin əlaməti olan məşhur aslan heykəlləri bərpaya göndərilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Sankt-Peterburq sakinləri bir gün əvvəl dayandıqları çuqun postamentlərlə birlikdə sevimli heykəllərinin “yoxa çıxdığını” görüblər. Dövlət Şəhər Heykəltəraşlığı Muzeyi izah edib ki, şirlər çoxsaylı zədələrə görə bərpa işlərinə ehtiyac duyurlar.
Eyni zamanda muzey heykəllərin zədələnməsinin əsas səbəbinin insan faktoru olduğunu izah edib. Heykəllər nazik mis təbəqələrdən hazırlanıb və çərçivəsi olmadığından çoxsaylı turistlər aslanların kürəyinə çıxanda deformasiyaya uğrayaraq qırılırlar.
Əvvəllər heykəllərin bərpası artıq 2022-ci ilin payızında aparılırdı.



Baxış sayı: 161


Bölməyə aid digər xəbərlər