Bütün xəbərlər
Gənc MMA döyüşçüsü dünyasını dəyişib
Tarix: 27-01-2024 14:55 | Bölmə: Digər

18 yaşlı qarışıq üslublu döyüşçü Kirovda keçirilən yarışda dünyasını dəyişib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, gənc idmançı məşq zamanı-döyüş zamanı kəllə-beyin travması alıb.
Döyüşçü xəstəxanaya yerləşdirilib. Lakin həkimlər gənci xilas edə bilməyiblər.
TASS xəbər verir ki, məşq döyüşü zamanı 2025-ci il təvəllüdlü idmançı başından aldığı zərbədən huşunu itirib. Xüsusi avadanlıqla təchiz olunmuş reanimasiya briqadası çağırılıb. Lakin gənc özünə gəlmədən dünyasını dəyişib.
Rusiya MMA İttifaqı faciənin səbəblərini aydınlaşdırmaq üçün xüsusi komissiya yaradıb. Yaxın gələcəkdə Kirova gedəcək. Məlum olub ki, mərhumun müsabiqədə iştirak etmək üçün bütün lazımi sənədləri olub.



Baxış sayı: 169


Bölməyə aid digər xəbərlər