Bütün xəbərlər
Pop MMA döyüşçüsü Zaynalov daha azı üç əməliyyat keçirəcək
Tarix: 26-01-2024 20:28 | Bölmə: Digər

Qarışıq döyüş növləri üzrə döyüşçü Maqomed Zaynalov 10 mərtəbə hündürlükdən yıxılaraq xəstəxanaya yerləşdirilib, o, daha bir sıra əməliyyatlar keçirəcək.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bundan əvvəl onun artıq dörd cərrahi müdaxiləyə məruz qaldığı məlum olub.
Bu barədə idmançının yaxınları məlumat verib. "Yaxın gələcəkdə Maqomed ən azı daha üç əməliyyat keçirəcək", - TASS agentliyi bir ailə üzvündən sitat gətirir.
Xatırladaq ki, pop MMA döyüşçünün yıxılması ilə bağlı hadisə yanvarın 24-də baş verib. Bu, Rostov-na-Donuda baş verib, Zaynalov çoxmərtəbəli binanın pəncərəsindən yıxılıb, sonra evin yaxınlığında dayanmış avtomobilin üzərinə düşüb.
Qeyd olunur ki, Maqomed ayaqlarını və çanağını zədələyib. Hazırda onun vəziyyəti həkimlər tərəfindən stabil qiymətləndirilir, həyatı üçün təhlükə yoxdur.



Baxış sayı: 154


Bölməyə aid digər xəbərlər