Bütün xəbərlər
Rıbolovlev "Monako"nu bir milyard dəyərində qiymətləndirdi
Tarix: 26-01-2024 11:16 | Bölmə: Digər

Rusiyalı iş adamı Dmitri Rıbolovlev “Monako” futbol klubundakı payını satmaq niyyətində olduğunu təsdiqləyib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rıbolovlev Liqa 1-in liderlərindən birinin səhmlərinin 67%-nə sahibdir.
Dmitri Rıbolovlev "Monako"ya 1 milyard dollar dəyərində qiymət verib. Satılacağı təqdirdə 670 milyon alacaq.
"Çempionat.com" xəbər verir ki, Səudiyyə şahzadəsi Abdullah Saad Əbdüləziz Əl Səud Monakonun potensial alıcılarından biri hesab olunur. Bununla belə, sövdələşmənin başa çatması barədə danışmaq tezdir. Dmitri Rıbolovlev 2011-ci ildən klubun sahibidir.
Bu mövsüm “Monako” Fransa çempionatında dördüncü pillədə qərarlaşıb. Komandada rusiyalı yarımmüdafiəçi Aleksandr Qolovin çıxış edir.



Baxış sayı: 158


Bölməyə aid digər xəbərlər