Bütün xəbərlər
"Real Madrid dünyanın ən gəlirli futbol klubudur"
Tarix: 25-01-2024 20:55 | Bölmə: Digər


"Real Madrid" futbol klubu dünyanın ən gəlirli klublarının reytinqində birinci yeri tutub.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu reytinqi "Deloitte" konsaltinq şirkəti hazırlayıb və dərc edib.
Siyahı 2022/2023 mövsümünün nəticələrinə əsasən tərtib edilib. Analitiklər bu mövsüm ən çox gəlir əldə edən 20 klubun daxil olduğu Deloitte" Football Money League reytinqini tərtib ediblər.
"Real Madrid" 831 milyon avro gəlir əldə edib. Madrid klubu 2017/2018 mövsümündə ilk dəfə reytinqin zirvəsinə qayıdıb. İkinci yeri 826 milyon avro gəlirlə “Mançester Siti” tutub. İlk üçlüyü "Paris Sen-Jermen" (802 milyon avro) tamamlayıb.
İlk 5-liyə həmçinin “Barselona” (800 milyon avro) və “Mançester Yunayted” (746 milyon) daxil olub.
Maraqlıdır ki, “Real Madrid”in gəlirliliyi yeni rekorda çevrilib. Madrid əvvəlki ən yaxşı göstəricisini 118 milyon avro yaxşılaşdırıb.



Baxış sayı: 155


Bölməyə aid digər xəbərlər