Bütün xəbərlər
"Lokomotiv"in futbolçusu Tiknizyan "Zenit"ə keçməyə yaxındır
Tarix: 23-01-2024 15:50 | Bölmə: Digər

"Lokomotiv"in futbolçusu Nair Tiknizyan paytaxt klubunu tərk edə bilər. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, dəmiryolçuların müdafiəçisi ilə Sankt-Peterburqun “Zenit” klubu maraqlanır.
RPL klubları futbolçunun mümkün transferi ilə bağlı aktiv danışıqlar aparır. Jurnalist İvan Karpovun sözlərinə görə, “mavi-ağ-göylər” Tiknizyan üçün 8 milyon avro ödəməyə hazırdır.
ÇSKA-nın Ermənistan millisinin 24 yaşlı futbolçusunun yenidən satışından on faiz alacağı da bildirilir. Nair 2021-ci ildə ordu klubundan “Lokomotiv”ə keçib.
Tiknizyan bu mövsüm bütün turnirlərdə "qırmızı-yaşıllar"ın heyətində 23 oyun keçirib, 8 qol vurub və 5 məhsuldar ötürmə verib.
Bundan əvvəl erməni müdafiəçinin karyerasını Avropada davam etdirmək istədiyi barədə məlumatlar yayılıb. Futbolçu ilə İspaniya və İtaliya klubları maraqlanıb.



Baxış sayı: 168


Bölməyə aid digər xəbərlər