Bütün xəbərlər
Argentinalı Pitana RFU-nun ekspert-hakim komissiyasına daxil olub
Tarix: 22-01-2024 15:32 | Bölmə: Digər

Məşhur argentinalı referi Nestor Pitana RFU prezidenti yanında ekspert-hakim komissiyasının üzvü olub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
48 yaşlı Pitana karyerasına 2006-cı ildə başlayıb. Dörd il sonra Beynəlxalq Futbol Federasiyasının hakimi statusunu aldı.
Argentinalı 2014 və 2018-ci il dünya çempionatlarında çalışıb. Rusiyada keçirilən dünya çempionatında Pitana Fransa və Xorvatiya yığmalarının qarşılaşdığı turnirin finalını idarə edib.
Nestor baş hakim kimi son oyununu 2022-ci ildə Argentina futbol çempionatı oyununda keçirib.



Baxış sayı: 158


Bölməyə aid digər xəbərlər