Bütün xəbərlər
Martinellinin dublu "Arsenal"ın "Kristal Pelas"ı məğlub etməsinə kömək edib
Tarix: 20-01-2024 19:37 | Bölmə: Digər

İngiltərə Premyer Liqasının 21-ci turu çərçivəsində Londonun "Arsenal" klubu "Emireyts" stadionunda "Kristal Pelas"ı 5:0 hesabı ilə məğlub edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Qabriel Martinelli əsas vaxta əlavə edilmiş 4-cü və 5-ci dəqiqələrdə fərqlənərək qaliblərin heyətində dubla imza atıb. Qabriel Maqalhaes və Leandro Trossard da 11 və 59-cu dəqiqələrdə hərəyə bir dəfə fərqləniblər.
Digər qolu isə 37-ci dəqiqədə topu öz qapısına çatdıran qonaqların qapıçısı Din Henderson vurub.
“Arsenal” üç oyunluq qələbəsiz seriyasını qıraraq 43 xalla turnir cədvəlində üçüncü pilləyə yüksəlib, “Kristal Pelas” isə 21 xalla 14-cü pillədə qərarlaşıb.



Baxış sayı: 164


Bölməyə aid digər xəbərlər