Bütün xəbərlər
Dmitri Kombarov "Spartak-2"yə rəhbərlik edib
Tarix: 19-01-2024 21:20 | Bölmə: Digər

Dmitri Kombarov yenidən yaradılmış "Spartak-2"nin baş məşqçisi təyin edilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, 36 yaşlı mütəxəssis ötən il ikinci liqa təmsilçisi "Zvezda"nı (Sankt-Peterburq) çalışdırıb.
Dekabrda "Spartak" ikinci komandanın canlandığını elan etdi. “Spartak-2” futbol üzrə Rusiya çempionatının ikinci liqasında mübarizə aparacaq.
Dmitri Kombarov "Spartak-2"nin baş məşqçisi oldu. Kombarov bir futbolçu kimi 2010-2019-cu illərdə “Spartak”da çıxış edib, ölkə çempionluğunu və Superkubokunu qazanıb. Rusiya millisinin heyətində Dmitri Kombarov 47 oyun keçirib və 2 qol vurub.
"Spartak-2" 2013-cü ildən 2022-ci ilə qədər mövcud olub. Komanda əvvəlcə ikinci liqada, 2015-ci ildən isə FNL-də çıxış edib.Yeni mövsümdə “Spartak-2” ikinci liqada çıxış edəcək.



Baxış sayı: 152


Bölməyə aid digər xəbərlər