Bütün xəbərlər
Çexiyadan olan xizəkçi Avstriyada həmyerlisi ilə toqquşaraq ölüb
Tarix: 19-01-2024 07:51 | Bölmə: Digər

Avstriya kurortunda iki Çex vətəndaşının xizək sürməsi kədərli başa çatıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Avstriyanın Kitzşteynhorn xizək kurortunda baş verən faciəli hadisə barədə RİA Novosti məlumat verib. İki qadın xizək sürərkən toqquşub. Onlardan biri - 39 yaşlı turist ölümcül bədən xəsarətləri alaraq yerindəcə keçinib, ikincisi - 43 yaşlı qadın ağır vəziyyətdə helikopterlə xəstəxanaya aparılıb.
İlkin məlumata görə, 39 yaşlı idmançı yüksək sürətlə arxadan ikinci xizəkçiyə çırpılıb. Polis araşdırma aparır. Hər iki turist Avstriyaya Çexiyadan istirahətə gəlsə də, bir-birini tanımırdı.




Baxış sayı: 159


Bölməyə aid digər xəbərlər