Bütün xəbərlər
Tennisçi Mixail Yujninin həyat yoldaşı vəfat edib
Tarix: 17-01-2024 20:04 | Bölmə: Digər

Keçmiş tennisçi Mixail Yujni həyat yoldaşının ölümünü təsdiqləyib.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Yuliya Yujnaya keçən həftə uzun sürən xəstəlikdən sonra Dubayda vəfat edib.
Mixail və Yuliya Yujnaya 15 il birlikdə yaşadılar. Evli cütlük üç uşaq böyüdüb.
"Sportbox.ru" xəbər verir ki, keçmiş dünyanın səkkizinci nömrəsi Mixail Yujni həyat yoldaşının ötən həftə dünyasını dəyişdiyini bildirib. Bundan əvvəl jurnalist Sindi Şmerler sosial şəbəkədəki səhifəsində 41 yaşlı tennisçinin həyat yoldaşının ölümü ilə bağlı yazıb.
Mixail Yujni keçmiş məşhur rusiyalı tennisçidir. O, 10 dəfə ATP fərdi turnirlərinin qalibi olub, 9 dəfə cütlük çempionu olub. Mixail 2018-ci ildə karyerasını bitirib.



Baxış sayı: 162


Bölməyə aid digər xəbərlər