Bütün xəbərlər
Çilidə alovlu təyyarə qəzası videoya çəkilib
Tarix: 16-01-2024 12:06 | Bölmə: Digər

Sosial şəbəkələrdə bir gün əvvəl Çilinin Talka şəhərində baş vermiş ölümlə nəticələnən fövqəladə hadisənin görüntüləri yayılıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Milli Meşə Təsərrüfatı Korporasiyası adından hərəkət edən yüngül mühərrikli təyyarənin pilotu yanğınsöndürmə işləri aparırmış.
Panguilemo hava limanı ərazisində həddindən artıq alçaq hündürlüyə enən təyyarə elektrik xəttinə toxunub, daha sonra alovlanıb və magistral yola düşüb.
Yerli fövqəladə hallar xidmətinin məlumatına görə, pilot həlak olub, 4 nəfər yaralanıb.




Baxış sayı: 170


Bölməyə aid digər xəbərlər