Bütün xəbərlər
Vulkan püskürməsi nəticəsində azı iki ev yanıb
Tarix: 14-01-2024 21:18 | Bölmə: Digər

İslandiyada püskürən vulkandan çıxan lava Qrindavik şəhərinin ilk evlərinə çatıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, yerli jurnalistlərin bildirirdiyinə görə, artıq iki bina yanır.
Bütün şəhər sakinləri təxliyə edilib. Bundan əlavə, fövqəladə hallar xidmətləri artıq lavanın böyük hissəsini dayandıra bilmiş qoruyucu maneənin tikintisini başa çatdırır.
Jurnalistlər onu da əlavə edirlər ki, Qrindavik yaxınlığında ikinci çat açılıb.
Xatırladaq ki, İslandiyanın Reykyanes yarımadasında vulkan püskürməsi yanvarın 14-də başlayıb. Bölgədə fövqəladə vəziyyət elan edilib.



Baxış sayı: 157


Bölməyə aid digər xəbərlər