Bütün xəbərlər
Çində mədəndə 20-dən çox adam ölüb və ya itkin düşüb
Tarix: 12-01-2024 22:50 | Bölmə: Digər

Çinin Henan əyalətində kömür mədənində baş verən qəzada azı 8 nəfər həlak olub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, yanvarın 12-də Pinqdinqşan şəhərində Çinin kömür mədənində baş vermiş insident barədə RİA Novosti xəbər verir. İlkin məlumatlara görə, cümə günü günortadan sonra 60-dan çox şaxtaçı kömür və qazın buraxılması səbəbindən yerin altında qalıb.
Hadisə nəticəsində azı 8 nəfər ölüb, 15 nəfər itkin düşüb. Qırxdan çox işçi yerin altında qalıb, onlardan 22-si xilasedicilərlə əlaqə saxlayıb. Hadisənin hansı şəraitdə baş verdiyi aydınlaşdırılır.



Baxış sayı: 165


Bölməyə aid digər xəbərlər